Məhkəmə rəsmiləri hərbi dənizçilərlə görüşüblər

  19 Aprel 2019    Oxunub : 552
Məhkəmə rəsmiləri hərbi dənizçilərlə görüşüblər
Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən, Bakı Hərbi Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Hərbi Dəniz Qüvvələrində görüşlər keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun qurulması, cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, hərbi qulluqçular tərəfindən hərbi xidmət əleyhinə olan və digər cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi barədə şəxsi heyətlə söhbətlər aparılıb.

Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, belə tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Azvision.az

Teqlər: MN