Baş plan nə vaxt hazır olacaq?

  19 Aprel 2019    Oxunub : 1090
Baş plan nə vaxt hazır olacaq?
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanmasının ikinci mərhələsinə bu ilin mayında başlayacaq.

Azvision.az xəbər verir ki, bunu Trend-ə Komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları departamentinin direktoru Rüfət Mahmud deyib.
O qeyd edib ki, bu proses növbəti 18 ayı əhatə edəcək: "Biz bu müddət ərzində şəhərin Baş planını tam hazırlamağı nəzərdə tutmuşuq ki, paytaxtın inkişaf konsepsiyası çərçivəsində müəyyən olunan tapşırıqların reallaşdırılmasına başlayaq".

Qeyd edək ki, Bakı şəhərinin Baş planını Almaniyanın AS+P şirkəti hazırlayacaq. Bu şirkət 2018-ci ilin sonunda keçirilmiş tenderin qalibi olub.

Baş planın 2020-ci ilin sonunadək tam hazırlanıb hökumətə təqdim olunması gözlənilir. Qanunvericiliyə əsasən, Baş plan şəhər daxilində mövcud olan ərazilərdən istifadə normalarını müəyyənləşdirir və növbəti 20 il ərzində bütün strukturların bu müddəalara əməl etməsini nəzərdə tutur.

Azvision.az

Teqlər: Baş-Plan   Bakı   Plan