Bakının iki rayonunda qaz yoxdur

Bakının iki rayonunda qaz yoxdur
  19 Aprel 2019    Oxunub:1510
Bu gün Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tbilisi prospekti, 20 yanvar, A. Məhərrəmov, A. Qurbanov, Bakıxanov, C. Məmmədquluzadə və H. Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, görülən zəruri təmir işlərinin Nərimanov və Binəqədi rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür:

“Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”.

Azvision.az


Teqlər: Qaz  





Xəbər lenti