YAP: 14 yaşlı qıza hücum edən şəxs partiyanın üzvü deyil

  YAP:  14 yaşlı qıza hücum edən şəxs partiyanın üzvü deyil
  18 Aprel 2019    Oxunub:4798
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızına hücum edən Tural Qarayevin Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olması barədə sosial şəbəkələrdə yayılan məlumat həqiqətə uyğun deyil.
Azvision.az xəbər verir ki, bu barədə Trend-ə YAP-dan məlumat verilib.

Bildirilib ki, T.Qarayevin YAP-a heç bir aidiyyətı yoxdur. Bu cür yalan məlumat məqsədli şəkildə yayılır və bu yolla partiyanın nüfuzuna xələl gətirməyə çalışırlar.

Qeyd edək ki, T.Qarayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onun əməllərinə hüquqi qiyməti məhkəmə verəcək.

Azvision.az



Teqlər: YAP   Tural-Qarayev  





Xəbər lenti