Çörəyin satışı daha bir il vergidən azad edildi

   Çörəyin satışı daha bir il vergidən azad edildi
  18 Aprel 2019    Oxunub:1532
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Azvision.az xəbər verir ki, bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır.

Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Vergidən azadetmə 2020-ci ili də əhatə edəcək.

Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir. Belə ki, Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.

Azvision.az


Teqlər: Prezident   Vergi-Məcəlləsi  





Xəbər lenti