Hesablama Palatası üzvlərinin maaşı artırılıb

Hesablama Palatası üzvlərinin maaşı artırılıb
  18 Aprel 2019    Oxunub:2666
Azərbaycan Prezidenti İlham Əliyev “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Azvision.az xəbər verir ki, sənədlə Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.

Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər olacaq. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları isə Milli Məclisin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti