Deputatlarımız Ukraynada seçkiləri izləyəcəklər

Deputatlarımız Ukraynada seçkiləri izləyəcəklər
  18 Aprel 2019    Oxunub:1604
Milli Məclisin deputatları Naqif Həmzəyev və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərinin 2-ci mərhələsini izləmək üçün aprelin 19-da Kiyev şəhərinə səfərə gedəcəklər.
Milli Məclisdən Azvision.az -a verilən məlumata görə, Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edəcək. Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər .

Səfər aprelin 22-də başa çatacaq.

Azvision.az


Teqlər: Deputat   Ukrayna  





Xəbər lenti