Bir ayda 87 azərbaycanlı Türkiyədə ev alıb

  Bir ayda 87 azərbaycanlı Türkiyədə ev alıb
  18 Aprel 2019    Oxunub:2381
Mart ayında 87 azərbaycanlı Türkiyədə mənzil alıb.
Azvision.az Türkiyə Statistika Qurumuna istinadən xəbər verir ki, bu ölkədə ev alan azərbaycanlıların sayı artıb. Belə ki, ötən ilin müvafiq dövründə azərbaycanlılar Türkiyədə 61 ev alıblər.
Qeyd edək ki, 2019-cu ilin ilk 3 ayında 287 azərbaycanlı Türkiyədə mənzilə sahib olub. 2018-ci ilin yanvar-mart aylarında isə bu rəqəm 189 olub.

Ümumilikdə 2019-cu ilin mart ayında Türkiyədə 3129 ev əcənəbilərə satılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərə satılan evlər 71,3 faiz artıb. Türkiyədə ən çox ev alanlar iraqlılardır (548). İkinci yerdə İran (334), üçüncü yerdə isə Səudiyyə Ərəbistanı (189) vətəndaşları qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Türkiyə   Ev   Azərbaycanlı   Mənzil  





Xəbər lenti