Cəbhədə raket və artilleriya bölmələri döyüş atışları icra edib - FOTOLAR+VİDEO

   Cəbhədə raket və artilleriya bölmələri döyüş atışları icra edib -  FOTOLAR+VİDEO
  18 Aprel 2019    Oxunub:3308
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, məşğələlər zamanı bölmələr marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər. Raket və artilleriya bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərinə zərbələr endirməklə döyüş atışları icra ediblər.












Azvision.az


Teqlər: MN   Cəbhə   Raket  





Xəbər lenti