Komitə sədri gürcü nazir müavini ilə görüşüb

Komitə sədri gürcü nazir müavini ilə görüşüb
  18 Aprel 2019    Oxunub:1348
Gürcüstanın xarici İşlər nazirinin müavini Laşa Darsalianın rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Komitədən Azvision.az -a verilən məlumata görə, F.Muradov ölkəmizin diaspor siyasəti haqqında məlumat verib və bu sahədə Komitənin gördüyü işlərdən danışıb.

Xarici işlər nazirinin müavini ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı barədə fikirlərini bölüşüb və münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib.

Görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın yaşadıqları cəmiyyətə daha yaxşı inteqrasiya olunması, sosial-iqtisadi yönümlü ortaq layihələrin tətbiqi, Gürcüstan azərbaycanlılarının təhsil imkanlarının daha da artırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: Komitə  





Xəbər lenti