DMX-nın Şəki könüllüləri təlimlərə başladı

DMX-nın Şəki könüllüləri təlimlərə başladı
  17 Aprel 2019    Oxunub:3242
Şəki Regional Miqrasiya İdarəsində “Miqrasiya könüllüsü – sən fərqlisən” layihəsi çərçivəsində könüllülərlə ilk təlimə start verilib. Ümumi tanışlıq xarakteri daşıyan təlimdə 19 gənc iştirak edib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, ilk təlim günündə gənclərə Xidmətinin əsas fəaliyyət istiqamətləri haqqında, həmçinin “Miqrasiya Könüllüsü- Sən fərqlisən!” layihəsinin məqsədi, perspektivləri və qarşıda olan hədəfləri barədə məlumat verilib. Tədbir iştirakçıları Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüsü komandasının üzvü olaraq təcrübə əldə edəcəkləri, əcnəbi vətəndaşlarla ünsiyyətdə olacaqları, miqrasiya proseslərini yaxından izləyəcəkləri və yeni dostlar qazanacaqları barədə məlumatlandırılıblar.



Həftədə 2 dəfə nəzərdə tutulan təlim proqramıında müxtəlif mövzular tədris olunacaq. Həmçinin gənclər Şəki regional miqrasiya idarəsində praktik məşğələlərə, müxtəlif tədbirlərə cəlb olunacaq, xidmətin fəaliyyətində könüllü şəkildə iştirak edəcəklər.



Şəkidə Miqrasiya könüllülərinin cərgəsinə qoşulmaq istəyən gənclər [email protected] ünvanına CV göndərə bilərlər. Əlaqə (024) 245-24-28. Miqrasiya könüllüsü – sən fərqlisən !!!

Azvision.az


Teqlər: DMX  





Xəbər lenti