Prezident 12 teatra pul ayırdı - SİYAHI

  Prezident 12 teatra pul ayırdı -    SİYAHI
  17 Aprel 2019    Oxunub:3526
Prezident İlham Əliyev aprelin 17-də Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat, o cümlədən “Yuğ”, Pantomima teatrlarına, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına, Şəki, Ağdam, Füzuli, Qazax Dövlət Dram teatrlarına, Qusar Dövlət Ləzgi Dram Teatrına, Qax rayonu Gürcü Dövlət Dram Teatrına, Gəncə, Qax və Salyan Dövlət Kukla teatrlarının hər birinə 100 min manat ayrılacaq.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti