"Azərbaycanlı dostlarımıza təşəkkür edirik" - Fransa səfirliyi Notr-Damdan yazdı

"Azərbaycanlı dostlarımıza təşəkkür edirik" -    Fransa səfirliyi Notr-Damdan yazdı
  17 Aprel 2019    Oxunub:2202
Notr-Dam Kilsəsindəki yanğınla əlaqədar həmrəyliklərini göstərmiş bütün Azərbaycanlı dostlarımıza öz təşəkkürümüzü bildiririk.
Azvision.az -ın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

"Notr-Damda baş verimiş yanğın fransız xalqı üçün bir faciədir, çünki "müqəddəs abidənin hər bir üzü, hər bir daşı yalnız ölkənin tarixinin deyil, həm də elm və sənət tarixinin bir səhifəsidir" (Viktor Hüqo). Bir daha onun gözəlliyini və mənəvi parlaqlığını seyr edə bilmək üçün biz yenidən birlikdə onu bərpa edəcəyik",- deyə məlumatda qeyd edilir.

Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti