Prezidentdən Notr-Damla bağlı tvit

  16 Aprel 2019    Oxunub : 6042
 Prezidentdən Notr-Damla bağlı tvit
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın paytaxtı Parisdə məşhur Notr-Dam kilsəsində baş verən yanğınla bağlı rəsmi "Twitter" hesabında paylaşım edib.
Azvision.az xəbər verir ki, Prezidentin qeydləri Azərbaycan, ingilis və fransız dillərindədir.

"Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim. Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq", - Prezident İlham Əliyev vurğulayıb.





Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev