Naxçıvanda 405 nəfərə əmək pensiyası təyin olunub

Naxçıvanda 405 nəfərə əmək pensiyası təyin olunub
  16 Aprel 2019    Oxunub:1460
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2019-cu ilin birinci rübündə nəzərdə tutulmuş tapşırıqların icrasını təmin edib. Belə ki, pensiya ödənişinin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülüb, bu məqsədlə tələb olunan 35 milyon 248 min manat vəsait pensiyaçıların kart hesablarına köçürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatında bildirilib.

Qeyd olunub ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilib, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına 746 min manat vəsait köçürülüb. 2019-cu ilin birinci rübündə müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 18 milyon 216 min 900 manat vəsait daxil olub, pensiya hüququ yaranmış 405 vətəndaş üçün əmək pensiyası təyin olunub. Yeni təyin olunan pensiyaçılardan 253-ü yaşa, 41-i əlilliyə, 111-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub.

Azvision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti