Həmsədrlər yenidən regiona səfər edəcəklər

   Həmsədrlər yenidən regiona səfər edəcəklər
  15 Aprel 2019    Oxunub:1393
"Bu yaxınlarda həmsədrlər öz aralarında görüş keçirəcəklər və növbəti görüşlə bağlı təkliflərini verəcəklər".
Azvision.az ONA-ya istinadən xəbər verir ki, bunu Moskvada Azərbaycan mediasına müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünə gəldikdə, öncə biz nazirlər yenidən görüşməliyik. Bu görüşdən sonra biz görsək ki, hansısa problemli məsələlər ortaya çıxır, o zaman ölkə rəhbərləri görüşəcəklər. Həmsədrlər çox güman ki, yaxın vaxtlarda regiona səfər edəcəklər", - deyə nazir qeyd edib.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   Həmsədr  





Xəbər lenti