Sosial müavinətlərin məbləği artırıldı - FƏRMAN

   Sosial müavinətlərin məbləği artırıldı -    FƏRMAN
  15 Aprel 2019    Oxunub:17011
Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, yaşa görə müavinət 73 manatdan 130 manata qədər qaldırılıb.

Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:

I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat.

Əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:

I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat.

Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:

I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət 82 manatdan 150 manata qədər, ailə başçısını itirməyə görə müavinət 68 manatdan 80 manata qədər, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 68 manatdan 100 manata qədər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 61 manatdan 100 manata qədər artırılıb.

Bundan əlavə, uşağın anadan olmasına görə müavinət 109 manatdan 200 manata qədər, dəfn üçün müavinət 146 manatdan 300 manata qədər qaldırılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev   Fərman  





Xəbər lenti