İnternat məktəbində uşaqların döyülməsi iddiasına cavab

  15 Aprel 2019    Oxunub : 772
 İnternat məktəbində uşaqların döyülməsi iddiasına cavab
Ötən gün Leyla Ucalın şəxsi “Facebook” səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər edib, orada olan vəziyyətlə bilavasitə özləri tanış olub və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər.

“Məlumat üçün bildirirəm ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib”.

Qeyd edək ki, sosial media istifadəçisi Leyla Ucal xanımın Mərdəkanda validen himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə məlumat paylaşıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: İnternat   Məktəb