Vasif Talıbov Məmmədəliyevi rəis təyin etdi

Vasif Talıbov Məmmədəliyevi rəis təyin etdi
  15 Aprel 2019    Oxunub:3476
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə yeni rəis təyin olunub.

Azvision.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Kamil Həsən oğlu Məmmədəliyev Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi təyin edilib.

Azvision.az


Teqlər: Vasif-Talıbov   Sərəncam  





Xəbər lenti