Naxçıvanda əhalinin 83 faizi özəl sektorda çalışır

Naxçıvanda əhalinin 83 faizi özəl sektorda çalışır
  15 Aprel 2019    Oxunub:1782
Azərbaycan müstəqillik əldə etdikdən sonra Naxçıvan Muxtar Respublikasında da böyük quruculuq proqramı gerçəkləşdirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş tədbirdə bildirilib.

Qeyd olunub ki, 1991-ci illə müqayisədə sənaye məhsulunun həcmi 250 dəfə artaraq 990 milyon 67 min manat olub, sənaye müəssisələrinin sayı 46-dan 442-yə çatdırılıb. Nəticədə, 2018-ci ildə muxtar respublikada 383 növdə məhsul istehsal olunaraq 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.

Hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır ki, bu da çox yüksək göstəricidir.

Azvision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat  





Xəbər lenti