Polis oğurluq edən şəxsi axtarır

Polis oğurluq edən şəxsi axtarır
  13 Aprel 2019    Oxunub:1984
Tovuzda polis oğurluq edən şəxsi axtarır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Tovuz şəhərində evlərin birində oğurluq hadisəsi baş verib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Təhlükəsizilik kamerasından götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-34; (055) 333-93-93 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az



Teqlər: DİN   Polis  





Xəbər lenti