Miqrasiya könüllüsü layihəsində qruplar üzrə işlərə yekun vurulub

Miqrasiya könüllüsü layihəsində qruplar üzrə işlərə yekun vurulub
  13 Aprel 2019    Oxunub:2279
Aprelin 13-də Dövlət Miqrasiya Xidmətində “Miqrasiya könüllüsü – sən fərqlisən” layihəsinin növbəti mərhələsi keçirilib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, könüllülərin üstünlük verdikləri qruplar üzrə təşkilatlanma və qrup liderlərinin namizədliyi prosesi tamamlanıb. Ötən həftədən başlanan qrup işləri gənclərdə böyük marağ doğurub. Bu mərhələdə layihə çərçivəsində yaradılmış qruplar haqqında məlumat verilib, həmin qruplara rəhbərlik edəcək könüllü idarəedici gənclərin seçiləcəyi diqqətə çatdırılıb.



6 aprel tarixdə İctimaiyyətlə əlaqələr, Sponsorlarla iş, Layihələrin idarə olunması və İnformasiya texnologiyaları qruplarının fəaliyyəti barədə məlumat verilib, könüllülər arasından qrup liderliyinə namizəd olmaq istəyən gənclərin çıxışları dinlənilib, təkliflər müzakirə olunub.



Aprelin 13-də isə Dövlət qurumları ilə iş qrupu, Üzvlər ilə iş və təşkilatı məsələlər qrupu, Beynəlxalq əlaqələr qrupu və Araşdırmalar qrupunda görüşlər keçirilib, tədbirlər planına uyğun olaraq proseslər davam etdirilib. Tezliklə hər 8 qrup üzrə təlimlərə start veriləcək. Miqrasiya könüllüsü – sən fərqlisən.

Azvision.az




Teqlər: DMX   Könüllü  





Xəbər lenti