“Avropa İttifaqi ilə saziş hələ hazır deyil”

  “Avropa İttifaqi ilə saziş hələ hazır deyil”
  13 Aprel 2019    Oxunub:5313
Son zamanlar Azərbaycan ilə Avropa İttifaqı arasında bağlanacaq Tərəfdaşlıq Sazişi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Xüsusilə, müxalifət cəbhəsi bu məsələdən faydalanaraq, ictimai fikirlə manipulyasiya etməyə cəhdlər göstərir.
Bu məqsədlə müxalifət düşərgəsindəki müxtəlif fiqurlar çaşdırıcı, yalan məlumatlar yayır, Sazişin mətnində Azərbaycanın milli maraqlarına uyğun olmayan şərtlərin yer aldığını iddia edirlər.

Bəs əslində Sazişdə belə məqamlar varmı?

Azvision.az -ın hökumət daxilindəki mənbələrdən əldə etdiyi məlumata görə, qeyd edilən saziş üzərində iş davam etdirilir və sənəd hələ imzalanmağa hazır vəziyyətdə deyil. Xüsusilə sazişin ticarət, iqtisadiyyatla bağlı müddəaları ətrafında müzakirələr yekunlaşmayıb.

Ona görə də, hələ hazır olmayan saziş haqqında yayılan məlumatlar ancaq dezinformasiya, cəmiyyəti çaşdırmaq cəhdi kimi qəbul edilməlidir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Avropa-İttifaqı   Azərbaycan  





Xəbər lenti