Nazirlik elmi məqalə müsabiqəsi elan edib

Nazirlik elmi məqalə müsabiqəsi elan edib
  11 Aprel 2019    Oxunub:3192
İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında elmi məqalə müsabiqəsi elan edir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, müsabiqəyə təqdim ediləcək materiallar aşağıdakı mövzuda olmalıdır: “Dünya ticarət sistemi və Azərbaycan: mövcud vəziyyət və inkişaf perspektivləri”.

Müsabiqədə hazırda orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim ediləcək məqalələr 6 səhifədən az olmamalı (A4, Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan və ingilis dillərinin birində təqdim edilməlidir.

Məqalələr 2019-cu ilin 30 aprel tarixinədək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasına dair sənədinin elektron surəti ilə birlikdə [email protected] ünvanına təqdim edilməlidir.

Təqdim olunmuş məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2019-cu il tarixinədək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqdır.

Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyindən almaq olar (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84 (Hökumət Evi), 10-cu mərtəbə, 1029-cu otaq, tel: 012 310-28-00 (daxili 21-84) əlaqələndirici şəxs Elmar Hacıyev).

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti