9 ağacı kəsdi, 2950 manat cərimələndi

9 ağacı kəsdi, 2950 manat cərimələndi
  11 Aprel 2019    Oxunub:1515
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Çiləgir kəndi ərazisində köküstə yaş müxtəlif cinsli 9 ağacın kəsildiyi aşkar edilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti