“Azərsu”nun sədri Şamaxıda qəbul keçirəcək

“Azərsu”nun sədri Şamaxıda qəbul keçirəcək
  10 Aprel 2019    Oxunub:1435
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov aprelin 16-da, saat 11:00-da Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.
Qurumdan Azvision.az -a verilən məlumata görə, qəbul Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarında yaşayan vətəndaşların içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Şamaxı, Ağsu, Qobustan və İsmayıllı sukanal sahələrinə, həmçinin “Azərsu”ya - (012) 431-47-67 (daxili 1050) nömrəli telefonu və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Azvision.az


Teqlər: Azərsu   Qəbul  





Xəbər lenti