“Hədəfimiz bütün köçkünləri evlə təmin etməkdir” - Əli Əhmədov

  “Hədəfimiz bütün köçkünləri evlə təmin etməkdir” -   Əli Əhmədov
  10 Aprel 2019    Oxunub:1962
"Məcburi köçkünlər dövlətin tikdiyi evlərə növbə ilə köçürülür. İnşa edilən binalara ilk növbədə ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüləcək".
Azvision.az xəbər verir ki, bunu Bakının Nizami rayonunda yanğın olan yataqxanaya baş çəkən baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

“Hədəfimiz ondan ibarətdir ki, bütün məcburi köçkünlər evlərlə təmin olunsunlar. Bu binada təhlükəsizlik problemləri mövcuddur. Etiraf edim ki, burada insanlar ağır şəraitdə yaşayırlar. Binanın cəmi bir çıxışı var. Biz mümkün olan bütün tədbirləri həyata keçirəcəyik. Sakinlər müvəqqəti olaraq yerləşdiriləcəklər”, - deyə Ə.Əhmədov bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nizami rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. Hadisə zamanı 9 nəfərə tibbi yardım göstərilib. 45 yaşlı kişi qorxudan özünü 5-ci mərtəbədən ataraq xəsarət alıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Əli-Əhmədov  





Xəbər lenti