Bakıda yanğın: 45 yaşlı kişi özünü binadan atdı - Yenilənib

Bakıda yanğın:  45 yaşlı kişi özünü binadan atdı -  Yenilənib
  10 Aprel 2019    Oxunub:8117
Bakının Nizami rayonu, Babək prospektində yerləşən yataqxanada yanğın başlayıb.

Azvision.az -ın məlumatına görə, hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvə cəlb olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, yanğın yerinə iki təcili tibbi yardım birqadası göndərilib.

Qeyd olunub ki, 45 yaşlı kişi yanğın zamanı qorxudan özünü 5-ci mərtəbədən yerə atıb. Həmin şəxsi 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar.

Yanğın olan yataqxana “Azərsu-tikinti” xəstəxanasının yaxınlığında yerləşir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Yanğın   Xəstəxana  





Xəbər lenti