“Hisslərimi sözlə ifadə edə bilmirəm” - 10 milyonuncu uşağın anası (VİDEO)
"Bizim belə hesablamadan xəbərimiz yox idi. İlk xəbəri bizə baş həkim Sevinc xanım verdi. Prezidentimizin və Mehriban xanımın gəlişi bizə iki qat bayram oldu. Göstərdikləri qayğıya görə onlara təşəkkür edirəm".
Xatırladaq ki, aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. Bakı şəhərində dünyaya gələn qıza Mehriban adı qoyulub. Uşağın valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.
Aytən Zəhra
Azvision.az