“Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın?”

   “Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın?”
  09 Aprel 2019    Oxunub:2204
“Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bilirsiniz ki, bir müddət öncə, Beynəlxalq Bank məsələsində bunun şahidi olduq”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Deputat bildirib ki, Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır: “Belə olsaydı, bu cür hallar hesabata daxil olunmazdı. Bu da məsuliyyət hissi ilə bağlıdır. Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın? Onlar hesabatda göstərilən səhvlərini təkrarlamamalıdırlar. Bunu etməsək, inanmıram ki, Hesablama Palatasının təklifləri, araşdırmaları öz faydasını verə biləcək”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis  





Xəbər lenti