Ziya Məmmədov sumqayıtlılarla görüşə gedir

Ziya Məmmədov sumqayıtlılarla görüşə gedir
  19 Noyabr 2013    Oxunub:1188
Nəqliyyat naziri Ziya Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə vətəndaşların qəbulu və müraciətlərinə baxılacaq, mövcud nəqliyyat problemlərinin araşdırılacaq.

Ziya Məmmədovun Sumqayıtda vətəndaşlarla görüşü noyabrın 22-də saat 12:00-da şəhərin tarixi muzeyinin binasında (Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, IV mikrorayon) keçiriləcək. Tədbirdə Sumqayıt, Abşeron və Xızı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı noyabrın 20-də, saat 09:00-dan 18:00-dək aşağıdakı ünvanlarda aparılacaq: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsi (Sumqayıt şəhəri, S.Vurğun küçəsi,3), Abşeron «4 saylı İxtisaslaşdırılmış Müəssisə» MMC (Xırdalan şəhəri, Heydər Əliyev prospekti,25), Xızı 3 saylı Yol İstismarı İdarəsi (Xızı rayonu, Yeni Yaşma stansiyası).


Teqlər:  





Xəbər lenti