Dənizkənarı Milli Parkda atəşfəşanlıq oldu - FOTOLAR

   Dənizkənarı Milli Parkda atəşfəşanlıq oldu -    FOTOLAR
  08 Aprel 2019    Oxunub:5499
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib.
Konsert atəşfəşanlıqla başa çatıb. Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.

On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Bakı şəhərinin bir sıra rayonlarında ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub.

Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. (AzərTAc)

















Azvision.az



Teqlər: Konsert   Atəşfəşanlıq  





Xəbər lenti