Avtovağzal Kompleksinin əməkdaşları ağac əkdi - FOTOLAR

Avtovağzal Kompleksinin əməkdaşları ağac əkdi -    FOTOLAR
  06 Aprel 2019    Oxunub:2917
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin əməkdaşları rəhbərliyin göstərişi ilə avtovağzal ərazisində yaşıllaşdırma işinə başlayıblar.
Avtovağzal Kompleksinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, son 3 gündə qurumun əməkdaşları 1200 ədəd müxtəlif növ ağac əkiblər.



Bu cür aksiyaların keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.



Aksiya çərçivəsində həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında yerləşən yol kənarları da təmizlənıb. Bu gözəl təşəbbüsə BBAK-ın bütün heyəti qoşulub. Qeyd olunub ki, hər əkilən ağac gələcək nəsillərə mirasdır.







Azvision.az


Teqlər: Ağac   BBAK  





Xəbər lenti