Miqrasiya könüllüsü layihəsində qruplar üzrə işlər başladı - FOTOLAR

Miqrasiya könüllüsü layihəsində qruplar üzrə işlər başladı -  FOTOLAR
  06 Aprel 2019    Oxunub:4711
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya könüllüsü – sən fərqlisən” layihəsinin növbəti mərhələsinə start verilib.
Xdmətdən Azvision.az -a verilən məlumata görə, bu dəfə könüllülərin üstünlük verdikləri qruplar üzrə təşkilatlanma və qrup liderlərinin namizədliyi prosesi keçirilib. Xidmətin əməkdaşlarının iştirakı ilə yaradılmış qruplar üzrə təqdimatlar böyük maraq doğurub.



Əvvəlcə gənclərə layihə çərçivəsində yaradılmış qruplar haqqında məlumat verilib, həmin qruplara rəhbərlik edəcək könüllülərin seçilməsi və komandaya idarəedici gənclərin seçiləcəyi diqqətə çatdırılıb. Gələcəkdə könüllülərdən ibarət tərkibində idarə heyəti və müxtəlif qruplar olacaq Miqrasiya könüllüsü İctimai birliyinin yaradılacağı bildirilib.



Daha sonra İctimaiyyətlə əlaqələr, Sponsorlarla iş, Layihələrin idarə olunması və İnformasiya texnologiyaları qruplarının fəaliyyəti barədə məlumat verilib, könüllülər arasından qrup liderliyinə namizəd olmaq istəyən gənclərin çıxışları dinlənilib, təkliflər müzakirə olunub.



Tezliklə layihə çərçivəsində növbəti mərhələdə Dövlət qurumları ilə iş qrupu, Üzvlərlə iş qrupu, Beynəlxalq əlaqələr qrupu və Araşdırma qruplarına üzv olan könüllülərlə görüş təşkil olunacaq.







Azvision.az


Teqlər: DMX  





Xəbər lenti