"Diqlas"da zərərçəkən 57 sahibkara 570 min manat ödənilib - FOTOLAR

 "Diqlas"da zərərçəkən 57 sahibkara 570 min manat ödənilib -  FOTOLAR
  05 Aprel 2019    Oxunub:8987
Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Dövlət Agentliyində “Diqlas” ticarət mərkəzinin yanması nəticəsində zərərçəkmiş bir qrup sahibkarla görüşüb.
Azvision.az xəbər verir ki, nazir onlara bank kartlarını təqdim edib. Kart alan 57 sahibkara 570 min manat ödənilib.



Görüş zamanı çıxış edən nazir bildirib ki, gələn həftənin sonuna kimi maddi yardım bütün sahibkarlara veriləcək. Ş.Mustafayev qeyd edib ki, ümumilikdə 441 sahibkar qəbul edilib, onların ziyanla bağlı müraciətləri dinlənilib.

"Dünən 93 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib. İşçi Qrupu tərəfindən onlardan 57-nə 570 min manat ödənilməsi qərarı alınıb, 36 müraciət üzrə araşdırma aparılır. Bu gün isə maddi yardımın göstərilməsi ilə bağlı 90 yeni ərizə qəbul edilib. Ümumilikdə dünən və bu gün 183 sahibkardan maddi yardımla bağlı ərizə qəbul edilib".



Qeyd edək ki, martın 26-da Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı bir sıra mağazalar yanaraq külə dönüb.











Aytən Zəhra
Foto:Şahin Sərdarov

Azvision.az


Teqlər: Nazir   Sahibkar  





Xəbər lenti