"Bakı Kart” təqdim olundu- FOTOLAR

 "Bakı Kart” təqdim olundu-  FOTOLAR
  05 Aprel 2019    Oxunub:6430
Bakıya səyahət edənlər üçün hazırlanan rəsmi şəhər kartı -“Bakı Kart”ın (“BakuCard”) təqdimat mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri, "Bakucard" layihəsinin direktoru Rüfət Bağırov bildirib ki, yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən “Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı verir.

"Turistlər kartı əldə etməklə Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər. Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər və ödənişsiz məhsullardan faydalanmaq mümkündür. Etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik olmaqla 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24, 45 və 70 manat təşkil edir".



R.Bağırov qeyd edib ki, kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və köşklərlə yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.

"Kartlar artıq 2-3 gündür ki, satışdadır. Kart istifadə olunduğu dövrdən artıq onun istifadə müddəti hesablanacaq. Şəxs kartı alıb, bir həftə sonra da istifadə edə bilər. İlin sonuna qədər tərəfdaşların sayı artacaq. Bu, Azərbaycanda biznesin də inkişafına dəstəkdir".











Aytən Zəhra
Foto:Şahin Sərdarov

Azvision.az


Teqlər: Bakı-Kart   Turizm  





Xəbər lenti