Energetika naziri Şirvanda qəbul keçirəcək

Energetika naziri Şirvanda qəbul keçirəcək
  05 Aprel 2019    Oxunub:2122
Azərbaycanın energetika naziri Pərviz Şahbazov aprelin 26-da Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.
Azvision.az -ın Energetika Nazirliyina istinadən verdiyi məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında (Ünvan: Şirvan şəhəri, Maarif Aydınov küçəsi 1/1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonları: (021) 215-39-99, (050) 225-34-86, elektron poçt ünvanı [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Azvision.az


Teqlər: Nazir   qəbul  





Xəbər lenti