Azərbaycanlıya “Qazprom”da yüksək vəzifə verildi

Azərbaycanlıya “Qazprom”da yüksək vəzifə verildi
  05 Aprel 2019    Oxunub:5255
Famil Sadıqov Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Azvision.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Bildirilib ki, azərbaycanlı F.Sadıqov iqtisadi-maliyyə fəaliyyətinə cavabdeh olacaq.
Qeyd edək ki, F.Sadıqov 1968-ci ildə Azərbaycanda anadan olub. O, müxtəlif vəzifələrdə çalışıb. Yeni təyinatadək Rusiya “Qazprombank”nın İdarə Heyəti sədrinin müavini olub.

Azvision.az



Teqlər: Qazprom  





Xəbər lenti