Nazir Göyçayda vətəndaşları qəbul edəcək

Nazir Göyçayda vətəndaşları qəbul edəcək
  03 Aprel 2019    Oxunub:2088
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2019-cu il aprelin 27-də Göyçay Rayon Polis Şöbəsində Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş, Göyçay şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azvision.az



Teqlər: DİN   Qəbul  





Xəbər lenti