MSK açıqladı: 32 partiya hesabat verib

 MSK açıqladı:  32 partiya hesabat verib
  03 Aprel 2019    Oxunub:2564
Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı 32-yə çatıb.
AzVision.az xəbər verir ki, bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası, “Ədalət” Partiyası, “Milli Vəhdət” Partiyası, Böyük Azərbaycan Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, “Qorqud” Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Vahid Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Kəndli Partiyası, Sosial Ədalət Partiyası, Vətəndaş Birliyi Partiyası və Milli Demokrat İdrak Partiyasıdır.

Qeyd edək ki, siyasi partiyaların illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə MSK-ya təqdim etməsi üçün müəyyənləşdirilən vaxt aprelin 1-də başa çatıb. Bu müddətə qədər hesabat təqdim etməyən partiylar barədə MSK Ədliyyə Nazirliyinə məlumat verəcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Partiya  





Xəbər lenti