Azərbaycan və Ukrayna arasında sənədlər imzalandı

Azərbaycan və Ukrayna arasında sənədlər imzalandı
  18 Noyabr 2013    Oxunub:940
Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri zamanı iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
AzVision.az-ın Ukrayna prezidentinin saytına istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Viktor Yanukoviç və Azərbaycan prezidenti İlham Əliyev Ukrayna-Azərbaycan Prezident Şurasının IV iclasının Protokoluna imza atıblar.

Protokolda ikitərəfli münasibətlərin gündəmindəki əsas məsələlərin müzakirəsinin yekunları, xüsusən siyasi dialoqun vəziyyəti və perspektiv inkişafı, ticarət-iqtisadi, yanacaq-energetika sahələrində əməkdaşlıq, eləcə də Prezident Şurasının iclasında əldə olunan razılaşmalar öz əksini tapıb.

Bundan başqa, prezidentlərin iştirakı ilə iki ölkə hökumətləri arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Saziş bitki mühafizəsi sahəsində tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün nəzərdə tutulub ,

2014-2015-ci illərdə Xarici İşlər nazirlikləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri haqda məsləhətləşmələrin keçirilməsi planı, Ukraynanın Rivnensk vilayət dövlət administrasiyası ilə Azərbaycanın Qəbələ rayon İcra Hakimiyyəti arasında iqtisadi, sosial-mədəni əməkdaşlıq barədə Protokol, Ukrayna Milli İncəsənət Akademiyası ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti