Günəş və Ayın tutulacağı tarix

Günəş və Ayın tutulacağı tarix
  18 Noyabr 2013    Oxunub:1333
Gələn il 2 Günəş, 2 Ay tutulması hadisəsi baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov trend-ə bildirib ki, gələn il ilk Ay tutulması aprelin 15-də olacaq. Ay tutulması Bakı vaxtı ilə saat 10:58-də başlayacaq, 14:33-də başa çatacaq. Tutulma 3 saat 35 dəqiqə davam edəcək. Bu hadisə Avstraliya, Sakit Okeanda və Amerikada müşahidə ediləcək.

Gələn il ikinci Ay tutulması oktyabrın 8-də olacaq, Bakı vaxtı ilə saat 14:15-də başlayacaq, 17:34-də başa çatacaq. Həmin gün Ay tutulmasının davam etmə müddəti 3 saat 19 dəqiqə olacaq. Bu hadisə Asiya, Avstraliya, Sakit okean və Amerikada müşahidə ediləcək.

Gələn il 29 apreldə ilk Günəş tutulması baş verəcək. Günəş tutulması Bakı vaxtı ilə 8:54-də başlayacaq, 13:14-də başa çatacaq. Baş verəcək hadisə halqavari Günəş tutulması adlanacaq. Bu Günəş tutulması Avstraliya, Hind Okeanı və Antaraktikada müşahidə ediləcək.
Gələn il ikinci Günəş tutulması qismən tutulma olacaq. Bu Günəş tutulması oktyabrın 24-də Bakı vaxtı ilə 00:40 da müşahidə olunmağa başlayacaq və 04:52-də başa çatacaq.

Həmin hadisə Şimali Amerika və Rusiyanın ona yaxın ərazilərində müşahidə ediləcək.

Gələn il baş verəcək Günəş və Ay tutulmalarının heç biri Azərbaycanda müşahidə edilməyəcək.


Teqlər:  





Xəbər lenti