Xızıda partlamamış hərbi sursatlar tapılıb

Xızıda partlamamış hərbi sursatlar tapılıb
  01 Aprel 2019    Oxunub:1517
Daxili İşlər Nazirliyinin (DİN) “102” xidməti-zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Xızı rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə otlaq sahəsinə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 17 ədəd partlamamış hərbi sursat (PHS), 79 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan mərmilər və qumbaralar aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursat (PHS) ətrafında 1,000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA   Xızı  





Xəbər lenti