Bakıda iki yolda sürət həddi aşağı salındı

   Bakıda iki yolda sürət həddi aşağı salındı
  30 Mart 2019    Oxunub:1466
Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərdən xahiş edir ki, bu cür hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər" - deyə, məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Hava   Yağış   Yol  





Xəbər lenti