Azərbaycanda 10 ayın dəhşətli ölüm statistikası

Azərbaycanda 10 ayın dəhşətli ölüm statistikası
  18 Noyabr 2013    Oxunub:1177
Azərbaycanda 2013-cü ilin 10 ayı ərzində 2426 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 971 nəfər ölüb, 2558 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, 2012-ci ilin analoji dövrü ilə müqayisədə 26 hadisə azalıb, ölüm 2 fakt artıb, yaralananların sayı 48 nəfər azalıb.

Hadisələrin 846-sı Bakının payına düşür. Paytaxtda baş verən qəzalar zamanı 284 nəfər ölüb, 846 nəfər yaralanıb.

Piyadaların vurulması ilə bağlı 971 hadisə qeydə alınıb. Hadisələr nəticəsində 328 nəfər ölüb, 671 nəfər yaralanıb. Qəzaların 88-i avtobus sürücüləri tərəfindən törədilib. Bu zaman 45 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisələrin 120-si yük avtomobilləri tərəfindən törədilib, nəticədə 54 nəfər ölüb, 106 nəfər yaralanıb.
Hesabat dövründə sərxoş sürücülər tərəfindən 69 hadisə törədilib.

Qəzalar zamanı 28 nəfər ölüb, 78 nəfər yaralanıb.(tredn)




Teqlər:  





Xəbər lenti