Cəmil Həsənli ABŞ-a niyə gedib?

Cəmil Həsənli ABŞ-a niyə gedib?
  18 Noyabr 2013    Oxunub:1293
Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli ABŞ-a gedib.
Bu barədə AzVision.az-a açıqlamasında Müsavat Partiyası baçqanının müavini Gülağa Aslanlı məlumat verib.

O Cəmil Həsənlinin ABŞ-da bir sıra görüşlər keçirəcəyini bildirib.
“Səfərin məqsədi Amerika Senatı, Konqres və Dövlət Departamentinin nümayəndələri ilə görüşlər keçirməkdir. Həmin görüşlərdə Azərbaycanda vəziyyət, seçki prosesi və seçkisonrası durum, bundan başqa Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq”.

G.Aslanınun sözlərinə görə, C.Həsənlinin səfəri noyabrın 23-ə qədər davam edəcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti