Bu gün İlham Əliyev Paşinyanla görüşəcək

 Bu gün İlham Əliyev Paşinyanla görüşəcək
  29 Mart 2019    Oxunub:2632
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq üçün Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək.
Azvision.az -ın məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına işgüzar səfərə gedib.

Qeyd edək ki, bundan öncə Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti