Zakir Həsənov həmkarına başsağlığı verdi

Zakir Həsənov həmkarına başsağlığı verdi
  28 Mart 2019    Oxunub:1399
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, aşsağlığında bildirilir:

"Qardaş Qazaxıstan Respublikasının Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Azvision.az


Teqlər: Nazir   Zakir-Həsənov   MN  





Xəbər lenti