Turizmlə bağlı qanun təkmilləşdirilir

   Turizmlə bağlı qanun təkmilləşdirilir
  27 Mart 2019    Oxunub:1783
"Turizm haqqında qanunun təkmilləşdirilməsinə və yenidən qəbul olunmasına ehtiyac var. Layihə müzakirələrə açıq dövrdə turizm sənayesi üzvləri ilə müzakirə ediləcək və rəy və təkliflər nəzərə alınacaq"
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib. Qurum rəsmisi deyib ki, yeni normativ hüquqi sənədlərdə yanaşma turizm sənayesi üzvləri üçün çevikliyin təmin olunmasıdır, nəinki onların fəaliyyəti bloklansın və ya məhdudlaşdırıcı meyarlar tətbiq edilsin.

"2017-2018-ci illərdə Yaxın Şərqdən turizm bumu yaşanmışdı. Bilirdik ki, bu daimi olmaz. Alternativ bazarların yaranması istiqamətində səylərimizi artırmışıq və işlər aparılır. Çin, Hindistan, Qərbi Avropa bazarı ilə işlər görülür, tezliklə bununla bağlı təkliflər hazırlanacaq. Hər bazarın spesifik cəhətləri var və onları ödəmək lazımdır. Turizm reyestri ilə əlaqədar əməli işlər görülür, yaxın vaxtlarda proses bitəcək. Bu, bizə imkan verəcək ki, turizm şirkətlərinin məlumatları vahid mərkəzdə toplansın və formalaşdırılsın. Məlumat data formalaşdırılması ilə bağlı müvafiq dövlət qurumları ilə işləyirik", - deyə K.Qasımov vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Turizm   Qanun  





Xəbər lenti