Vergi orqanlarında işləmək istəyənlər üçün şans

Vergi orqanlarında işləmək istəyənlər üçün şans
  27 Mart 2019    Oxunub:1992
Dövlət İmtahan Mərkəzi Vergilər Nazirliyi ilə birgə martın 30-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, namizədlər martın 27-29-da (saat 10:00-dan 18:00-dək) “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibat binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.

İmtahan saat 11:00-da başlanacaq və Bakı şəhərində 5 binada təşkil olunacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 147 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Müsabiqənin test imtahanı mərhələsinin mövzularını (məntiq üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq altbölməsində yerləşdirilib.

Üç sааt dаvаm еdəcək imtahanda hər suаl 1 bаllа qiymətləndiriləcək. Ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaq.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti